Aida Eyvazlidan  ÖZƏL  BAXIŞ ·

Maraqli 08:15 / 04.01.2026 Baxış sayı: 2903

Rəhmətlik anam deyərdi: əsli huyyy. Hər kəs öz nəslinin gösyəricisidir. Deməli ötən əsrdə, təxminən 1940-50 ci illətdə bir kişi nəvəsi üçün elçi getməli olur. Gedib həmin həyətə girəndə öz atına oxşar, alnında xal olan bir at görür. Deyir bu madyan hansı madyandan törəyib. Deyirlər ki, sizin atdan törəyib. Bu ağsaqqalın uşaq vaxtı öz həyətlərində gördüyü atın üçüncü nəsli idi. Ailə ilə söhbət edəndən, nəsiı-kökü ilə maraqlanandan sonra , yanındakılara deyir ki, durun gedək. Qızı sonra istəyərik. Evə qayıdanda oğlu və nəvəsi bikef halda kişidən niyə belə etdiyini soruşurlar. Kişi deyir:"bala atı gördünüzmü iki nəsil ötürsə də, qaşqadakı xalını itirməyib. O ailənin də nənəsinin ayağı sürüşkən idi, tanıdım nəslini. İki nəsil keçsə də doğulan nəvə, ya digər uşaq nənə ya da babasının genini itirmir. Biz öz qanımıza xarab qan qatmayaq...".

Əfsuslar olsun ki, 1990 cı ildən sonra xarab qanlardan doğulanlar canımıza qənim kəsildilər, evlərimizə, ailələrimizə soxuldular. Biz də könə-adət ənənəni unutduq, nəsli-nəcabəti öyrənmədən qanımızı qarışdırdıq...

Ona görə də arvadını, qohumunu, iş yoldaşını aldadıb , etibar qazanıb banka salanlar, etibardan istifafə edib evlərimizə, qəlblərimizə soxulanlar çoxaldı...

Tanrı bizi belə üzdən iraq qadın və dırnaqarası kişi adı daşıyanlardan qorusun.