Aida Adıgözəl - Təsəlli
Burda nə var ki dostum,
qəmlənib üzüləsi.
İnsanıq, sevərik də,
küsüb ayrılarıq da.
Əlimizdən tək gələn, -
taleyə gülünəsi.
Burda nə var ki dostum,
ağrı, dərd ediləsi.
Hər kəsin ömür yolu,
son qatar,
son duracaq vağzaldı,
ayrılarıq,
başqa səmt gediləsi.
Burda nə var ki dostum,
ömürdən silinəsi.
Adi ayrılıqdı da,
ölüm filan deyil ki,
bir daha görüşməyək,
qübardan ölünəsi...