Ağdamda "KamAZ" minaya düşdü - Qərargah rəisi və digər hərbçimiz şəhid oldu - YENİLƏNİB

MƏMLƏKƏT 13:41 / 25.09.2023 Baxış sayı: 1922

Sentyabrın 24-də Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçuları Şadmanov Əkrəm Yunus oğlu və Seyidov Tural İslam oğlunun həlak olması və Əliyev Elvin Taleh oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Yenises.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

 

***

Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus KamAZ markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.

Yenises.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olub.

Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Yaralı hərbçimizə ilkin tibbi yardım göstərildikdən sonra o, dərhal yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib. Vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.