Ağamir Cavad - ALLAHA GƏRƏK ADAM

Ədəbiyyat 18:47 / 10.11.2025 Baxış sayı: 1115

 

Haqqın qapısın döyər

Eşq dolu ürək adam.

"Can" sözümə "can" deyər

Halal duz-çörək adam.

 

Olmaz paxırı, kini,

Pakdır imanı, dini.

Qarla yuyar qəlbini

Saf arzu-dilək adam.

 

Hikmət var ad-sanında,

Eşqi qaynar qanında.

Durar haqqın yanında

Düz adam, mələk adam.

 

Dağlara dirək olar,

Dar gündə kömək olar,

Hamıya ürək olar

Ürəyi ipək adam.

 

Sözü haqq olan aşiq

Olar elə yaraşıq.

Dünyaya saçar işıq

Allaha gərək adam.