Ağaevli Əli Hacı - SƏNSİZLİYƏ
Tək-tənha,
Yalnızlığın içində,
Nəfəsimi,
Boğuram səssizliyə !
Sağlığına deyib,
Göz yaşımı,
Tək başıma,
İçirəm sənsizliyə !
Hər doğulan,
Təkcə,sevinc yaşamır ki,
Qəm zəmisin,
Biçirəm sənsizliyə !
Bu körpülər,
Həm də,
İtkilərçün salınıb,
Keçirəm sənsizliyə !
Sən,olmayan yerə
Gün düşmür,
Ölüm düşür,
Köçürəm sənsizliyə !