Ağaevli Əli Hacı - Gizlənir doğrü halım !

Ədəbiyyat 14:00 / 04.11.2025 Baxış sayı: 1108

Gündüzümün gözünə,

Gizlənir doğrü halım !

Yayı çək,at oxunu

Kürəyim oxla dolu !

 

Eşqəm,cana gəlmişəm

Birdən ona gəlmişəm !

Ömrü elə bölmüşəm-

Bir quru,bir su yolu !

 

Bu,get-gəllər köçündə,

Dərs aldım yol keçəndən !

Haqsız sevinc içəndə,

Dərd bilənə yad olur !

 

Küylü yola çıxma,gəl

Gəl,şərə yıxılma,gəl !

Heç bir dinə baxma,gəl

Baxsan,ev bərbad olur !

 

Gecələrin gözünə,

Geyindim ağrı halı !

Yayı çək,at oxunu

Kürəyim oxla dolu !