Adil Şirin- YENƏ DAĞLAR YADA DÜŞDÜ
Ana yurdum uca dağlar,
Uca dağlar, haça dağlar.
Oğulların iki qolu- iki qılınc,
Anaların iki gözü- iki çeşmə.
İki qolum- iki qılıncdı mənim,
İki gözüm- iki çeşmədi, ana.
Ümid dediyimiz gün işığı tək,
İşləyir ürəyə, iliyə, qana...
Yenə dağlar yada düşdü,
Yenə könül oda düşdü.
Həkərimin sularına
Qarışaydı qızıl qanım.
Torpağımız tutiyadı,
Dağlarımız allı-güllü.
Üzümüzdən, gözümüzdən
Dünyadan doymadığımız bəlli...