TƏBİB: Qızılcaya yoluxanlara antibiotik vurmaq olmaz

Gündəm, Sağlamlıq 16:29 / 30.11.2023 Baxış sayı: 2584

"Qızılca xəstəliyi olan uşaq və böyüklər üçün antibiotiklərin profilaktik istifadəsi tövsiyə edilmir".

Yenises.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, qızılcadan qorunmanın ən effektiv və yeganə yolu peyvənd olunmaqdır:

"Qızılca sadəcə səpkidən ibarət bəsit infeksion xəstəlik deyil. Qızılca xəstələrində empirik antibiotik müalicəsi yalnız ağırlaşmış xəstələrdə ikincili bakterial infeksiya şübhəsi olduqda təyin olunmalıdır. Epidemioloji alovlanma dövründə xəstəxanaya müraciət edən bütün uşaqların immunizasiya statusu və Vitamin A təyinatı dəyərləndirilməli, qızılca əleyhinə peyvənddən geri qalan bütün uşaqlar peyvəndləməyə cəlb olunmalı, müvafiq vitamin A təyinatı verilməlidir”.