Fərhad Tapdıqoğlu : - Göy

(kiçik hekayə)
Göy-üş evdən çıxdı. Bir Yerə baxdı...gördü ki,yağışdan sonra Yer göm-göy-dü...Bir Göy-ə baxdı...gördü ki,Göy də göy-dü...Cibini yoxladı...cibində olan cəmisi bir dənə "göy-dü"( 100-lük ABŞ dolları)..."Göy-ü " xırdaladı Göy-üş...mağazaya girdi,bir şalvar almaq istədi.Baxdı ki,orada olan şalvarların rəngi göy-dü...Aldı...
Yolda gördü ki,bir nəfər ona yaxınlaşır.Tanıdı,özgəsi deyil ,qohumuydu,göy-üdü(göy- kürəkən,yeznə)...Göy-üş fikirləşdi: " Göy-ə deyim ki,bir qonaqlıq versin...Yooox,o qonaqlıq verməz ,simicdi,göy-dü"....
....Görüşdülər... Göy-üşün göy-ü soruşdu:
-Nə almısan?
Göy-üş dedi:
- Şalvardı.
Göy-üşün göy-ü baxdı şalvara dedi:
--Başqa rəngi yox idi? Bu ki,göy-dü... Mübarəkdi,gedək yuyaq da...
Mağazadan bir araq aldılar...şüşəsi göy-dü...
Gəldilər Göy-üş gilin həyətinə, bağçaya girdilər.Göy-üşün göy-ü göy-əm dərmək istədi.Göy-üş dedi:
-Dərmə, görmürsən yetişməyib,kaldı,göy-dü...
Bağçada çoxlu göyərti vardı. Göy-ərti yığdı Göy-üş.Yığdığı əsas göy-ərti göy-dü(kişnişdi)...
Həyətdə süfrə açdılar...Göy-üşlə onun göy-ü göy şalvarı "yudular"...
...Göy-üşün göy-ü Göy-üş gildə qaldı...
...Yuxudan ayıldı Göy-üşün göy-ü ...başı ağrıyırdı, güzgüdə özünə baxdı...Göy-üşün göy-ünün üz- gözü göm-göy-dü...Göy-üşün göy-ü Göy-üşün göy şalvarını " yuyandan" sonra dəmləşib...necə yıxıldığını xatırlamırdı...
Göy-üş və göy-ü baxdılar ,gördülər ki , hər tərəf göy-dü....Göy də göy-dü...Yer də göm-göy-dü...