Spikerdən deputatlara ÇAIĞIRIŞ: Beşqat artığını yazmalıyıq

SİYASƏT 13:21 / 02.10.2023 Baxış sayı: 1502

“Hər biriniz dostluq qrupun üzvlərinə məktub yazmalısınız”.

Yenises.az xəbər verir ki. bunu Milli Məclisin payız sessiyasının ilk iclasında sədr Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, beynəlxalaq təşkilatlar öz yerində, ancaq hər bir deputat dostluq qruplarına məktub göndərməlidir:

"Həqiqətləri hər kəsə, xüsusən də Avropa dövlətlərinə çatdırmaq lazımdır. Mən Fransada sədrlə görüş zamanı dedim, ancaq onlar eşitmək belə istəmirlər. Hər birimizin əlində sosial şəbəkə var, necə ki onlar yazırlar, biz beşqat artığını yazmalıyıq”, - deyə Sahibə Qafarova vurğulayıb.