Sona Vəliyeva : - QƏLB EVİ ALLAH EVİ OLANDA...

Ədəbiyyat 07:54 / 28.05.2024 Baxış sayı: 1687

.

Duaların Tanrıya ən yaxın yeri

kilsəmi,

məscidmi –

sordun, dost!

Ən müqəddəs dua evi

Allahın ruhuyla

qurulan,

imanla bəzənən

qəlb evi,

vicdan evidir.

Allahı şah damarından

yaxın duyunca

ömür ayələrdən libas geyinər,

dualar yavaş-yavaş çiçəkləyər.

Əl,

göz,

ayaq

şahidliyi unudulmayınca,

günahlarımızı

boy sırasıyla xatırlayınca,

tövbədən,

yalvarışdan,

etiraflardan paklanıb

Haqq yoluna varınca

könül minarəsindən

göylərə qapı açılacaq...

Təmizlənən ruh,

arınan vicdan

göz yaşında durulacaq.

Allahı yorma, insan oğlu,

onsuz da, işi çoxdu...

Çəkil

könül xəlvətgahına,

hər şeyi özündən başla,

dünyaya oradan bax.

Sonrasını,

qalanını rəhmli olan

Allaha burax!