Saakaşvilidən Vardanyanın həbsinə MÜNASİBƏT

SİYASƏT 10:57 / 03.10.2023 Baxış sayı: 660

Hazırda həbsdə olan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili Azərbaycan tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan və separatçıların “prezident aparatının rəhbərinin müavini” və digər müxtəlif “vəzifə”lərdə  işləmiş David Babayanın həbsinə münasibət bildirib.

Yenises.az xəbər verir ki, gürcü siyasətçi bu barədə öz feysbuk hesabında paylaşım edib.

“Ətrafımızda xeyir və şərin qarşıdurması baş verir. Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibəni fəal şəkildə dəstəkləyən Ruben Vardanyanı, eləcə də “Abzaxiya Respublikası və “Cənubi Osetiya Respublikası” ilə əlaqələri inkişaf etdirən “xarici işlər naziri” David Babayanı həbs edib. Qeyd etdiyim işğal olunan ərazilər (Gürcüstanın – red.) öz tərəfdaşlarını itirib, çünki qondarma rejim özünü buraxdığını elan edib”, - deyə Saakaşvili qeyd edib.