Rəfail Tağızadə : - Ömür

Ədəbiyyat 11:28 / 12.02.2025 Baxış sayı: 1037

 

İllərə bölünən ömrü

zaman əqrəbləri ilə döyür

saatbasaat…

Gün aydan pay umur,

il fəsillərə hamilə.

Ömür illər əsiri,

illər ömür səhifəsi.

Ötür-ötürdü,

sayıb təhvil verir

yaşayıb gedənləri.

Biz qələmlə yazıldıq

siyahının ayağına…