Rafail Incəyurd : - Görməyəydik.

Ədəbiyyat 17:25 / 12.02.2025 Baxış sayı: 781

Başda görünərdin xeyirdə-şərdə,

Bu vaxtsız köçünü kaş görməyəydik.

Kişilər ağlamaz... Gözlərdə keşkə

Ürəyi göynədən yaş görməyəydik.

 

Doğmalar çəkili ağır bayatı,

Nə yaman olurmuş dərdin boyatı...

Bu zalım dünyada zalım həyatı

Kaş bunca mənasız, boş görməyəydik.

 

Bir kərə dilindən düşmədi Qazax,

İndi nə düşünək, indi nə yozaq?

Kaş eldən aralı, Şıxlıdan uzaq

Üzeyir yazılan daş görməyəydik...

12.02.25