“Millət bütün boy-buxunuyla nəhayət ayağa durmalıdır...”

YAZARLAR 13:18 / 02.10.2023 Baxış sayı: 1821

“Əslində təqvim boş şeydir, əsas xalqın yaddaşıdır. Bir var təqvim, o təqvim ki, biz onu gözümüzlə görürük, lazım olanda divara asırıq. Bir də var ki, daşın təqvimi deyilən bir şey var və əsas orda qalmalıdır”

Bunu  Yenises.az-a açıqlamasında yazıçı Seyran Səxavət millət vəkili Fazil Mustafanın fikirlərinə münasibət bildirərkən deyib. Yazıçı deputatın da təklifində haqlı olduğunu bildirib:

“Görünür orda qalmaq üçün də yəqin hərdən anım günləri  keçirilməlidir. Mən belə fikirləşirəm. Əslində insan iki şeyi unutmur-nə yaxşılığı, nə də pisliyi unudur. İnsan ömrü ona olunan yaxşlıqla-pisliyin arasında keçir. Bu elə də faciəvi bir şey deyil. Millət vəkili də təklif edir ki, çox ağlayıb, sızlamayaq. Əgər o, bunu bu fikirlə deyirsə, çox düz deyir. Ağlaşmanı özümüzə birinci və bəzi hallarda ikinci peşə kimi seçib ona əməl etməyə başlayırıq. Yəni millət bütün boy-buxunuyla nəhayət ayağa durmalıdır. Xocalı faciəsi də və bu gün yaşananlar da bizim tariximizdir”-deyə yazıçı bildirib. 

Qeyd edək ki, millət vəkili Fazil Mustafa  Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı təqvimdən matəm günlərinin çıxarılmasını təklif edib. Deputat bildirib ki,  qalib dövlətin ancaq qələbə günləri olmalıdır. Biz yeni eraya başlamalıyıq.