Məmməd Tahir : - TABLO

Ədəbiyyat 09:15 / 13.11.2022 Baxış sayı: 1788

TABLO

Payız buludları sıxdı gözünü,

İslandı o təzə ayaq izləri.

Bir istək könlümdən atdı özünü,

Sıyrılıb qanadı yenə dizləri.

 

Döndü etinasız bir soyuq baxış,

Elə soyuq güldü göz qaşın altda.

...Qız çıxıb getmişdi,

Yağırdı yağış,

Yazıq, islanırdı yağışın altda.