Kəramət : - HƏYATIN-ƏDƏBİYYATIN tərsinə  VƏ ...

YAZARLAR 08:10 / 17.09.2024 Baxış sayı: 791

 · 

 

ÖZÜNƏ QARŞI OIAN ŞAİR

Bilirsiniz ki, Ç. Bukovski Poçt məmuru olub, ya mənim yadımda belə qalıb. Bu mənur həyatından bezib, azad həyat keçirib. Şeirlərinin , kəlmələrinin sərhədsiz azadlığı.... O-na qədər öyrəşilməyən şair obrazıydı və beləcə də yaşadı, necə deyərlər, heç bir yaşam standartlarına sığmadı, bizim kiflənmiş düşüncəmizə görə, "səfil həyat" sürdü. Biz axı çox tərbilyəliyik, axı, suyu da üfürə-üfürə içər, mütilik komforunda bəslənər, sözü də ÜTÜLƏYİB AĞZIMIZDAN ÇIXARARIQ. Həm də, güya ki, şairik də.

ÜTÜLÜ PALTAR, ÜTÜLÜ DAVRANIŞ , İŞILDAYAN SÖZ MÖVSÜMÜ ARXADA QALDIĞINDAN KÖHNƏ, ARXİVLİK olduğumuzun da fərqində deyilik.

Məncə də, insan, illah da şair mükəmməl, ütülü, məmur davranışlı ola bilməz. Bizdə Korğlunu korunoğlu kimi qavradığımızdan insan-şair azadlığını da 5 kərə rəsmən ailə qurub-dağıtmaq, stolda oturub stulda yemək yemək, bulvarda ağac dibinə çiş eləmək kimi başa düşülür.

Yenə də, məncə, insan-şair yanlışıyla-doğrusuyla, belə demək mümkünsə, ÖZÜ OLDUĞU QƏDƏR ÖZÜDÜR...

KÜÇƏ ŞAİRİ Ç. Bukovskinin həyatı monoton məmur həyatına, yaradıcılığı isə şablon, ölçülü-biçili obraza, ütülənməkdən işıldayan şeiriyyətə, sözlərə üsyandı: Təpədən-dırnağa...

Hamının sevimlisi deyildi, əlbəttə, həyata-ədəbiyyata baxışı da hamı tərəfindən "bəyən" işarəsi gözləmir, tam tərsi.

Aşağıdakı yanaşma daxil...O, "PİS VƏ QOCA ADAMIN QEYDLƏRİ"NDƏNDİR. Kitabın adı isə göründüyü kimi.. cəmi-cümlətani 176 səhifə...Bütün hallarda saxtakarlıqdan, kütlə basqısından azaddı, savablarıyla-günahlarıyla.

--Öyrənmek üçün Karl Marks oxumayın lütfən, çox quru p...

. İnsanlıq ruhunu tanımağa çalışın. Marks, Pragya girən tanqlardır, bu yola girməyin, öncəliklə Selini oxuyun. 2.000 ıllərdə yetişmiş ən büyük yazar. A. Kamyunun "Yabançı"'sı, mutləqa "SUÇ VƏ CƏZA", "KARAMAZOV QARDAŞLARI", bütünlüklə Kafka, kəşfedilməmiş yazar Con Fantenin bütün kitabları, Turgenevin hekayələri.

Folknerdən, Şeksprdən və özəlliklə Bernard Şoudan uzaq durun, inanılmaz siyasi bağlantıları sayəsində şişirilmiş bir şardan başqa bir şey deyildir. B. Şou önündəki yol asfaltlanmış və gərəkirsə ayaqqabı yalamağı bilən bir diğər yazar da Heminqueydi, sanıram, ancaq aralarında önəmli bir fərq Heminqueyin ilk yazılarının iyi olmasıdır, B.Şou isə başdan sona qədər p.... yazdı.

İndi vaxta görə devrimlə başladıq, ədəbiyyata vardıq, aralarında bir bağ var., her şeyle bağlanabilirlik var zatən, amma yoruluram və sabahı gözləyirəm.

Adamlar gəlib qapımı qırarlar mı?

Ay adam, sən də!