Kəramət : - ƏDƏBİYYATIMIZIN CİNSƏN KİŞİ CƏHRƏ QARILARI-XOŞQƏDƏMÇİLİK

...Dedi-qodu, şaiyə şəbəkəsi, yalan-palan, xəbərçiliyin yalaqalıq kimi gətirdiyi "mükafatlar"...utandırıcıdı, deyilmi? Nə yazıq ki, bizim ədəbi "mexanizm" belə çalışır, hətta biri-birinin səsini yazıb sədrə, katiblərə çatdırmağa qədər. Qosqoca Xalq şair-yazıçıları da utanmaz-utanmaz dinləyir, kimisə qara siyahıya alır, xəbərçini, yalaqanı yallayır ki, get gör nə dinşəyirsən, kimin ağzından nə düşəcək.
Kim kiminlə sevişir, kim kiminlə şingilləşir, kimin əli kimin harasındadı, hansı məclisdə sərxoş olub nə dedi və s...ürəyiniz bulanmasın, bütün bu vaqeələr adına "ədəbi Mühit" deyilən cənnnət-məkanda baş verir.
-Özləri bilər, mənə-sənə nə, get şeirini yaz, yazdıqlarını müzakirə elə, Xoşqədəmçilik eləmə,-deyirəm adətənn.
"Hansı katib xacəlik etdi"...qardaş, mənə danışma, doğrudan-doğruya adamın ürəyi bulanır bu dedi-qodudan.
Müşahidə etmişəm ki, bu şaiyə, dedi-qodu mexanizmində özünü postmodern, Kafkadan, Ekodan-zaddan danışan postmodernlər lap ön sıralardadı, arvadağız, sifəti sürtük "kişi" yazarlar bir yana...
A qardaş, a bajı, sənə nə kimi kiminlə...əxlaq polisi-zadsan.
Deməyim o ki, bu mühit enerjisinin 100-də 10-unu ədəbi müzakirəyə sərf etsəydi, xeyli səmərəli olardı.
Bütün bunlar ədəbi mühitdə ədəbiyyatın olmaması, ona meydan verilməməsilə bağlıdı.
Əsasən də, azdan-çoxdan istedadı olanlar və vəzifə sahibləri hədəfdədi.
Səbəbi sadədi; İstedadlıya paxıllıq, vəzifəlini də aşırıb yerinə yerikləmək ehtirasları...Molla Nəsrəddinin məsəli kimi...Mənə nə..ya da Sənə nə?