Kəramət : - BİZ NİYƏ SEVİLMİRİK? - ÖZÜMÜZƏ VURĞUNLUQDAN

YAZARLAR 13:29 / 03.11.2022 Baxış sayı: 3239

 

İnsan öncə təbiətin özüydü, sonra onun tərkib hissəsi kimi tarixi hərəkətini davam etdirdi, sonra özünü ayırdı-"Yer üzünün əşrəfi" sayanda xəstəliyi başladı (dünyabaxış).

Süətlə keçirəm; kəşflər , ETT və sairə özünü diqtə etdi, insan işlə həmahəngliyi önə sürdü, ədəbiyyatda futirizm.

Ağacları qırıb, çayı yatağından edib, dağı partladıb, süni çaylar axıtdıq, ağaclar əkdik və hesabladıq ki, nə qədər ağac əkmişik, güya təbiət çayın harda axmasını, nə qdər ağacın gərəkliliyini, dağın, gölün harda yerləşdirilməsini bilmirmiş də onun "başına ağıl qoyduq" ağılsızlığımızla.. Bütün bunların stataistik ədəbiyyatda nümunələri var. Amma yaponların haqqını təslim etməliyik ki, heç zaman təbiətdən bağlarını qoparmadılar, əlbəttə, təbiət kultunun onların inancındakı yeriylə də bağlıdı.

Təbiətdən ayırdığımız insanı da bölüşdürməyə başladıq dinlərə görə aşağılamağa, cinsiyyətə görə təhqir etməyə.

Bizim irqdən, dindən, rəngdən, cinsdən-qısacası, mənim kimi olmayan hər zad-şey düşməndi, aşağıdı və s.

Bütün insanlıq tarixi qızıl qana boyandı bu yağı münasibətdən. Uzun tarixdəki qul bazarları yaxın tarixdə "İnsanxana-heyvanat bağçaları"yla yekunlaşdı. ("Zoopark-insanat bağçası").

..Afrikadan, Asiyadan və başqa işğal etdikləri yerlərdən gətirdikləri "heyvanabənzərlərlə" doldurduqları bağçalarda qəfəsdə uşaqlarına göstərib güldülər, çox zaman da digər heyvanlarla eyni qəfəsdə.Yekunlaşdımı? Xeyr, əsla.

Fikir verin, bütün dava-dalaşlar, müharibələr harda, hansı bəhanə-əsasa söykənir.

-Mənim olmalısan

-Məndən ayrıla bilməzsən

-Mənim kimi biət etməli, yaşamalısan

-Heç nə soruşa bilməzsən

-Alternativim yoxdu, haq mənəm, mən getsəm dünya dağılar

(Bu yerdə ,-Xəstə köpək uşaqları-deyib bir az sərinləyim)

-və sair, və ilaxır. i druqie....

Dünya dəyişir, insana, həyatabaxış zor dəyişir, dəyişimi özünün məölubiyyəti kimi qəbul edir adacığaz, halbuki..dəyişməyən-lər dağılır, çürüyür, illah da düşüncə ola.

Bizi atıb gedənlərə nifrət edirik, "vətən xaini" deyirik, demirik ki, bu adam məni niyə atıb getdi..əvəzedilməzmisin-nəsən ki..heç zad, sadəcə ruhi-əqli xəstə...

Universitetə təzə professor gəlir, gənc-yaraşıqlı, imkanlı. Bir yerdə işlədiyi assisenti qıza vurulur və ona evlənmək təklif edir, rədd cavabı alır. Gözləmir-miş, şok olur, düşünür, Qızın -sevdiyim var-cavabından yana, sevdiyi məndən yaxşımı, izləyir. Qızla söhbət edərkən-Biri yaxınlaşır, qız sevdiyini prf-a təqdim edir. Məəttəl qalır ki, bunun nəyini sevir.

İzləyir, görür ki, işdən sonra birlikdə bir ev bağçasına getdilər. Əlil arabasında oturan qarıya diz çöküb çiçək verdilər, bir uşağa yaxınlaşıb, əyilib uşaqla eyni boyda..ona oyuncaq verdilər, itlə dördayaq olub oynadılar

Yaxşı ki, professor düşünə bilən professorlardanmış, barmağını dişləyir (amma dəqiq bilmirəm ki, hadisəni eşitmişəm, ya oxumuşam)

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər