İSMAYIL MƏRCANLI İMANZADƏ : - NEYLƏSİN...

Hər yetən umub-küsən,
Zəmanə, nə gündəsən?!
Kötük fəndgir,-yolkəsən,
Quruya yaş neyləsin?
Üz döndərənlər haqdan,
Yapışıblar ayaqdan...
Təpə öndədi dağdan,
Kəsəyə daş neyləsin?
Can hayındadı ərən,
Yaxşılar pərən-pərən...
Gözdü hər hökmü verən,
Kiprik, ya qaş neyləsin?
Kasıbın beli yağır,
Hər yalan vəd bir nağıl.
Dabandadırsa ağıl,
“Biçarə” baş neyləsin?..
13.07.2024