İSMAYIL MƏRCANLI İMANZADƏ : - DEMƏ

Ədəbiyyat 17:45 / 07.02.2025 Baxış sayı: 1525

 

Ömrüm boyu yan keçsəm də axından,

Hər yetəni tanımadım yaxından.

Əcəl gəlib yapışanda yaxamdan,

Tez ol, ölüm şərbətini iç,-demə.

 

Dost bildiyim ürəyimi sındırıb,

Həyat məni “döyə-döyə” qandırıb.

Öz əlinlə körpüləri yandırıb

Mənə, namərd körpüsündən keç,- demə.

 

Bu gedişin əyrisi nə, düzü nə,

Tamarzıyam məhəbbətin közünə.

Saf eşqimin kül üfürüb gözünə,

Özün gedib öz tayını seç,-demə

 

Gözlərimdə şimşək kimi çaxmısan.

Necə deyim durulanda axmısan?

Bir vədələr axırıma çıxmısan,

Baxışların qatil imiş heç demə...

 

 

 

05.02.2025

İSMAYIL MƏRCANLI İMANZADƏ