Həzi Həsənli : - Vallah

Ədəbiyyat 08:35 / 17.06.2024 Baxış sayı: 2159

 

Hardasa bir quş oxuyur,

Tənhadı, yalqızdı, vallah.

Deməyin bayquş oxuyur,

Kövrək könül qızdı, vallah.

 

Bax, uzaqdan səsi gəlir,

Yaxından nəfəsi gəlir,

Göydə durna dəsi gəlir,

Yerdə qara sazdı, vallah.

 

Bu səs göylərin səsidi,

Bu səs hər yerin səsidi,

Ya Dəli Kürün səsidi...

Ya da ki, Arazdı, vallah.

16.06.2024