Həzi Həsənli : - Sirrini sirdaşınla böl,

Ədəbiyyat 09:29 / 09.02.2024 Baxış sayı: 2250

Gözdolusu göz yaşın var,

Ağlamağın nədən oldu?

Yoxsa, qorxu, təlaşın var,

De, gözlərin nədən doldu?!

 

Ağ göyərçin əllərin var,

Əl dəyməmiş tellərin var,

Necə zərif güllərin var,

Niyə soldu, nədən soldu?..

 

Sirrini sirdaşınla böl,

Eşqi könüldaşınla böl,

Sevinci göz yaşınla böl,

Sevinməyin dadı baldı.

 

Demə, sənə qıyan olar,

Çaylar sənə həyan olar,

Sular səni duyan olar,

Sularda göz yaşı boldu...

 

08.02.2024