Həzi Həsənli : - Bu dünyanın yer kürəsi...

Ədəbiyyat 09:28 / 11.02.2024 Baxış sayı: 5821

Bu dünyanın yer kürəsi

Hər insanın minarəsi...

Hər qəlbin öz pəncərəsi,

Baxdı, bu dünyaya baxdı.

 

Dünyadan hamı nigaran,

Nədir ürəkləri qıran?..

Nədir bu yolları yoran?..

Yollar getdi, sular axdı.

 

Qara yaylığı bağladı,

Ağlayıb qəlbi dağladı,

Analar elə ağladı...

Səsi könülləri yaxdı.

 

Nə gendədi, nə də qanda,

Ömür fərqi hər insanda,

Bir də gördün, bircə anda

İnsan vardı, insan yoxdu.

 

10.02.2024