Fərhad Tapdıqoğlu : - Gününün günü

YAZARLAR 09:55 / 12.02.2025 Baxış sayı: 874

 

(kiçik hekayə)

Bir qonşumuz var,adı Gündüzdür,amma hamı çağırır Günü....Həyat yoldaşının da adı Güneldir,onu da çağırırlar Günü...Çox mehriban yaşayırdılar ər- arvad ,Günü ilə Günü..Yaxşı pul qazanırdı ər Günü...Amma çox pul onu "qudurtdu" günlərin bir günü....Bir qız aldı, arvadına günü....İlk günlər özündən çıxırdı Gününün arvadı Günü...Bir- iki həftədən sonra mehribanlaşdılar arvad Günü ilə günü...Amma bu uzun sürmədi....Əvvəlcə ər Gününün başına oyun açmağa başladı Günüyə gələn günü... Sonra isə göy əskiyə bükülürdü hər iki Gününün günü...

.Dava- dalaş idi bu ailədə Allahın var günü...

Ər Günü içkiyə qurşandı... içirdi həftənin bütün günü...

Belə çox davam eləmədi...Ailə dağıldı..ayların bir günü...

.....Qonşu Gününü gördüm o günü...İlahi,nə gündəydi Günü?! Qudurğanlığın sonu budur, it günü...quduranlar hamısı yaşayacaq Gününün yaşadığı bu günü. ....