Elnur Uğur Abdiyev : - Sən gedəndən nə gedən var,nə gələn.

Ədəbiyyat 19:24 / 06.12.2023 Baxış sayı: 1158

Üstünü ot basmış yol kimidir qəlbim

Sən gedəndən nə gedən var,nə gələn.

Əyni - başı toza bulaşmış xatirələrim

Daha çatmır köməyə.

 

Tərk edilmiş bir cüt əsgər çəkməsi

Bir də barmaqları parçalanmış bir cüt əlcək

Bir də daraqsız düşmən gülləsi

Bəs edir burdan nə vaxtsa kimsə keçib deməyə.

Yol gedilməyəndə

Adam sevilməyəndə

 

Vətən

Uğrunda can verilməyəndə ölür.

Üstünü ot basmış yollar var

Otlar çiyinlərində qaldıranda o yolların xəcalətini.

O yolların altından başqa yollar da qışqırır