Ehtiram Ilham : - Tovuz
Ömrümsən, gününsən, özümsən mənim,
Sənsən bu həyatda canım, ay Tovuz.
Səni tay tuturlar, dünyamsan deyib,
Yoxdu bu dünyada sənə tay, Tovuz.
Sən haqqın özüsən, haqq da səndədi,
Dərə də, bulaq da, dağ da səndədi.
Ən gözəl nə varsa, bax da, səndədi,
Yığ da tamaşana, bir-bir say, Tovuz.
Əzəlim də sənsən, sonum da sənsən,
Hara üz tutaram, yönüm də sənsən,
Səsim də, küyüm də, ünüm də sənsən,
Səsimə, sədama haray- hay Tovuz.
Ağrıdan qovrulur gör Məmməd əmi,
Şəhriyar sazında inlədir qəmi.
Adının aşiqi Ehtiram kimi
Heyranın olubdu Atilay, Tovuz.
164Həzi Həsənli, Vasif Süleyman və başqa 162 nəfər