Əbülfət Mədətoğlu  : - Ayla görüş...

Ədəbiyyat 09:02 / 29.07.2024 Baxış sayı: 2900

 

(Bir az lirik şeir)

 

Pəncərəmdən üzümə

Boylanır bu gecə , Ay!..

Deyirəm öz-özümə -

Tapdı məni, necə, Ay?!.

 

Tanrım verən payımın

Xərclədim il sayını...

Mən ömrümün Ayını -

Görmək üçün neçə ay!..

 

Həsrət ruhumda ləkə -

Rəhm eləyə bu, təkə!

Yır-yığış edib , bəlkə -

Mən tərəfə keçə, Ay?!,

 

Kim üçünsə bir kəsəm...

Göz yaşıyla qəm yesəm!

İnanmazsınız , desəm -

Tapdı məni gecə, Ay!