Nadir Zeynalov: - Bütün zamanlarda qalib olacaq Heydər Əliyev siyasəti

Bu gün hər bir soydaşımıza birmənalı olaraq aydındır ki, 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynayan Ulu Öndərin adı xalqımızın tarixinə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edilib.Bu mənada tariximizin özü Azərbaycanın son onilliklər ərzində qazandığı bütün uğurlarda Heydər Əliyevin imzasının olduğunu, ona görə də Ulu öndərin Vətən və millət qarşısında misilsiz xidmətlərinin minnətdarlıq hissi ilə hər an diqqətlərə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə rəhbərliyinin 1969-1982 və 1993-2003-cü illəri əhatə edən hər iki dövrünün milli intibah dövrü kimi səciyyələndirmək təkcə tarixi həqiqəti etiraf etmək yox, həmin həqiqəti bütün dünyaya, özü də bütün zamanlar üçün bəyan etməkdir.
Bu bir danıəlmaz həqiqətdir ki, məhz . dünya şöhrətli dahi liderimizin rəhbərliyi altında ölkəmizdə sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində , hüquqi dövlət quruculuğunda, milli ordunun formalaşmasında, ədliyyə islahatlarında biz dünyanın aparıcı dövlətləri ilə yanaşı addımlamaq, regionda isə önə çıxmaq imkanı əldə edə bildik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu, qəti və prinsipial mövqeyini davam etdirməklə xalqın böyük etimadını qazandığını, qısa müddət ərzində əhalinin rifah halının yaxşılaşmasında mühüm rol oynayan tədbirlər həyata keçirdiyini, iqtisadi inkişaf sürətinə görə Azərbaycanın regionda lider dövlətə, beynəlxalq aləmdə nüfuz və söz sahibinə, beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi məkana çevrilməsi də birmənalı şəkildə Ümummili liderin müəllifi olduğu böyük strategiyanın bəhrəsidir..
Ümummilli Lider 1993-cü ildə ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Ulu Öndər Heydər Əliyev ordu quruculuğu işini daima diqqətdə saxlayırdı. 1994-cü ilin aprelində Bərdə rayonunda ictimaiyyətin nümayəndələri qarşısında çıxışından deyib ki, Azərbaycan xalqı öz müstəqilliyini, milli azadlığını qoruyub saxlamalıdır: “Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu, həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır”.
Demokratik və hüquqi dövlət quruculuğunun, insan hüquq və azadlıqlarının baza prinsiplərinin, qanunun aliliyinin, müstəqil ədalət mühakiməsinin həyata keçirilməsinin əsaslarını özündə əks etdirən mütərəqqi və davamlı islahatlar Heydər Əliyev siyasi xəttinin mühüm hissəsini təşkil etmişdir. Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası bunun ən bariz nümunəsidir. Konstitusiyada müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən və konstitusiyalı quruluşun əsaslarını təşkil edən ideya və dəyərlər, dövlətin və cəmiyyətin hüquqla sıx bağlılığı, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, xalqın hakimiyyət funksiyalarının həyata keçirilməsində iştirakı, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, sosial ədalətə nail olmaq, ümumbəşəri dəyərlərə sadiqlik, milli qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması geniş şəkildə öz əksini tapmışdır.
Hələ sovet dövründə hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndər Heydər Əliyevi düşündürən əsas problemlərdən biri də gənclərimizin ölkədən kənarda ali təhsillə yiyələnməsi və bir də hərbi məktəblərə gənclərin cəlb edilməsi məsələsi olmuşdu.Bu gün Bakıda fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zamanında yaradılması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu olmasından iftixar hissi keçirirdi: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var”.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi böyük tarixi şəxsiyyəti və uzaqgörən siyasətçisi var. Milyonlarla insanın sevincinə səbəb olan Heydər Əliyevin hakimiyyətə yenidən gəlməsi xalqımızı böyük bəlalardan xilas etdi. Dövlətçiliyimiz və müstəqilliyimiz qorundu. Ulu Öndər erməni işğalı ilə bağlı bütün çıxışlarında bəyan edirdi ki, bir qarış torpağımız işğal altında qalmayacaq. Ulu Öndərin siyasətini uğurla davam etdirən ölkə rəhəri, Ali Baş komandan və ordumuzun gücü ilə 44 günlük Böyük Vətən Müharibəmizdəki Zəfərlə işğal altında olan rayonlarımızı geri qaytarıldı. Bu o demək idi ki, Ulu Öndərin müəllifi olduğu siyasət öz bəhrəsini verdi. Azərbaycan dövlətçiliyi möhkəmləndi.
Bu gün ürəklə , həm də bir daha qeyd etmək yerinə düşərki, regionun lider dövlətinə çevrilən , böyük siyasətdə Sözü və Yeri olan
Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu məhz Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində həyata keçirilib. Elə ona görə də bu gün dünyanın ən inkişaf etmiş ölkələri belə ölkəmizə çox böyük maraq göstərir, sərmayə qoyur və rahat fəaliyyət göstərirlər. Əlbəttə, dünya siyasətində hər hansı bir yanlış addım demokratik ölkələrin həmin məmləkətdən öz çevirməsinə səbəb olur. Amma Ulu Öndər Heydər Əliyev Azərbaycanda belə bir sivil, müstəqil və milli dövlətçilik ənənələri yaratdı ki, bu ənənə yüz illər bundan sonra da davam edəcəkdir. Milli dövlətçilik təfəkkürünün formalaşması, yeni mərhələyə qədəm qoyması bir daha ona əsas verir ki, Azərbaycan müstəqil dövlət kimi iri addımlarla irəliləyəcək, beynəlxalq aləmdə öz nüfuz və mövqeyini daha da möhkəmləndirəcək.
Nadir Zeynalov,
Şəki Regional Asan xidmətində notariat ofisinin xüsusi notariusu
