Arzu Nehrəmli  : - Dar gündə səslənən, çağrılan insan
 

YAZARLAR 10:52 / 01.12.2023 Baxış sayı: 2892

 

Bütün ağırlıqlar çiyinlərində,

Elin arxasında dağ olan insan.

Sən hələ əsrlər yaşayacaqsan,

Min il bundan öncə doğulan insan.

 

Hər gələn nə varsa çəkdin içinə,

Necə tablaşardı, dözərdi sinə,

Vətən torpağını sıxdın köksünə,

Ürəyi yurd üçün dağılan insan.

 

Elə ağır günə, ana çatmışdıq,

Axırına yetişib sona çatmışdıq,

Səni göydə gəzib yerdə tapmışdıq,

Dar gündə səslənən, çağrılan insan.

Yüz ildə bir dəfə doğulan insan!!!

 

Xalqın tarixini xalqın özü və onun önündə gələn, ən çətin anlarında da, ən vüsətli yüksəlişlərində də ona doğru yol göstərən, onu irəli aparan böyük şəxsiyyətlər yaradır. Sonra dahəmin tarixi əks etdirən cild-cild əsərlər, qalın-qalın kitablar yazılır.

Bir də hər insanın qəlbində yaranan,yaddaşlardan süzülüb gələn tarix var.Yaddaşın yaratdığı tarix nə qədər subyektiv, nə qədər sadəlövh olsa belə, daha səmimi olur.

Zübeydə dünyaya gələndə zamanyaman qarışmışdı. Ölkəmizdə müharibə gedirdi.Müharibənin qaldırdığı tozanaq qarşıdakı üfüqləri də görünməz etmişdi. Gələcək aydın görünmürdü. Hara getdiyimiz, sabahımızın necə olacağı bəlli deyildi.

O qarışıq günlərin, qanlı müharibənin amansız güllələrindən biri mənim ömrümə, qismətimə, taleyimə dəydi. Taleyimi parça-parça edən güllə balamın da uşaqlıq xəyallarını yaraladı.

Həyat yoldaşım, hərbi təyyarəçi Yusif Vəliyev Vətən uğrunda döyüşlərdə həlak olanda qızımız Zübeydə cəmi doqquzaylıq idi.

Dünyanın başımıza yıxıldığı, bütün təsəllilərin param-parça olmuş könüllərimizi ovutmağa aciz olduğuo ağır günlərdə Ulu Öndər Heydər Əliyevi yanımızda gördük. İşinin çoxluğuna və gərginliyinə baxmayaraq bizə təsəlli verməyə gəldi. Onun təsəllisinə o vaxt Qarabağ müharibəsində ilk şəhidlərini verən Azərbaycanın çox ehtiyacı var idi.

Ulu öndər Yusifin yadigarını qucağına alıb, bağrına basdı: "Çox təəssüf edirəm ki, Vətənimizin belə ağır günündə ehtiyacımız olan Yusif kimi ali təhsilli kadrımızı - təyyarəçi zabitimizi itirdik. Onu tanıyan biri kimi deyə bilərəm ki, Yusif fəxr olunası igid idi", - dedi.

Gözünü dünyaya tarixin ən burulğanlı axarında açan Zübeydə o vaxt bu hadisənin mahiyyətini, bu sözlərin mənasını anlayacaq səviyyədə deyildi. Lakin o böyüdükcə, ağlı kəsdikcə, həyatı dərk etdikcə bu əziz xatirə də yaddaşında boy atıb böyüdü. Atasının, uğrunda canından keçdiyi Vətən kimi böyüdü, Vətən sevgisi kimi yaşa doldu...

Orta məktəbdə oxuyanda körpəlikdən xəyallarında canlandırdığı tarix və həmin tarixin yaradıcısı olan böyük İnsan haqqında düşüncələrini qələmə almağa, sözlə ifadə etməyə çalışdı...

Bu fərəhli günlərdə Sizə təqdim etdiyim bu yazı isə şəhid təyyarəçi Yusif Vəliyevin qızının orta məktəbdə oxuyarkən yaratdığı,  yeri gələndə uşaqla uşaq, böyüklə böyük, dərdli ilə dərd ortağı olmağı bacaran Heydər Əliyev obrazının uşaq təxəyyülündə canlanan səmimi cizgiləridir.

“İlin bahar fəslini müqəddəs insanlara bənzədirəm. Çünki baharın gəlişi ilə təbiət oyanır, canlanır. Müqəddəs insanların doğuluşu ilə isə mühitə yeni ab-hava, yeni rəng qatılır. Bu ikisinin mütənasibliyi nəticəsində yer üzü öz gözəlliyinə gözəllik qatır. Bu gözəllikdən planetin sakinləri maddi və mənəvi qida alır. Xeyirxahlar çoxalır, ədalət bərqərar olur, insanların güvənci artır, şər qüvvələr qaçmağa yer axtarır. Həyat sanki öz axarını müsbət müstəvi üzərində sahmana salır. Belə bir anda isə hər kəs öz xoşbəxtliyini bir addımlığında hiss edir. Bu xoşbəxtlik də bizimlədi, həm də hər zaman. O xoşbəxtlik ki, onu Ulu Tanrı XX əsrin əvvəlində çiçək qoxulu, şeh danılalı bir yaz günündə bizə, elimizə, obamıza, xalqımıza, vətənimizə bəxş etdi.

Əsrlər boyu başı müsibətlər çəkmiş Azərbaycanın bəxtinə yenidən günəş doğdu - "Sönməz Heydər Günəşi".

Bir sirridir, bir möcüzə,

Gəlin bunu yəqin bilək.

O, göylərdən gəlib bizə

Müqəddəsdir peyğəmbərtək.

Elə doğulduğu bir gündən sirli daxili aləmi, möcüzəli ağlı, zəkası, müqəddəs elmi-biliyi, əməlləri ilə seçilən bu insan Azərbaycanın xoş müjdəsinə, qələbəsinə çevrilməyə başladı.

Tarixlər boyu başı bəlalar çəkmiş vətənimiz bu sarsıntının ən böyüyündən birini də XX əsrdə yaşadı. Yetmiş il Rus imperiyasının əsarətində yaşayan Azərbaycan əsrin sonuna yaxın bu əsarətdən qurtulmaq şansı əldə etdi. Lakin içindəki çaxnaşma, özbaşınalıq, səriştəsizlik onun azadlığını təhlükə altına saldı. Azadlığı əldə etmək çətindir, lakin onu qoruyub saxlamaq daha da ağır bir iş idi. Müstəqilliyi yenicə başlamış Azərbaycanın daxilində daha ağır cinayətlər baş verirdi. İçindəki çəkişmələr nəticəsində vətəndaş müharibəsi, qardaş qırğını ilə nəticələnəcək dəhşətli hadisələr vətənin üzərini bürümüşdü. Bütün bunlardan məharətlə istifadə edən və ’’Böyük Ermənistan" iddiası ilə ordan-burdan nəsə qoparmaq arzusunda olan oğru ermənilərin əlinə böyük fürsət düşmüşdü.

Azərbaycan öz tarixinin ən ağır dövrlərindən birini yaşayırdı. Bir sözlə, Azərbaycan deyilən məmləkət yer üzündən silinmək üzrə idi. Artıq xalq bunu bilirdi. Hər zaman igid xilaskar oğullarına güvənən xalq yenidən tarixə boylanıb Babəkini, Koroğlusunu, Xətayisini səslədi. Xalq bilirdi, onun xilaskarı lap yaxındadır, onun səsinə səs verən tapılacaq. Ümid dolu nəzərlər öz qibləsinə tuşlanmışdı.

Qram-qram ərisə də, tamam yanıb sönməyən Azərbaycan üzərindəki qara buludların çəkiləcəyi, günəşin doğacağı bir günü xalq səbirsizliklə gözləyirdi. Xalqın oyanışını hiss edib, kimə səsləndiyini bilən düşmənlər isə qorxuya düşmüşdü. Buna görə də, öz xain düşüncələri heç bir çərçivəyə sığmayan, iyrənc əməllərini durmadan həyata keçirirdilər. Fürsəti əldən verməyən öz köhnə adət-ənənələrini sürətlə davam etdirərək torpaqlarımıza soxulur, elm və mədəniyyətimizi mənimsəyir, sanki, Azərbaycanı udmağa çalışırdılar. Lakin çox keçmədi, xilaskar xalqın səsinə səs verdi. Vətənin dar günündə həyatını təhlükəyə ataraq fədakarlıq göstərdi. Durmadan daxili və xarici düşmənlərlə mübarizəyə başladı. Bir nərəsi ilə silahdaşlarını ayağa qaldırdı. Tez bir zamanda basılmaz Azərbaycan ordusunu sahmana saldı. Əlinə silah alıb səngərlər dolaşdı, düşmənlə üz-üzə durdu.

Tarixlərdən aşıb gəlib,

Sinəsi ox sipəridir.

Yeri gəlsə döyüşlərdə,

Bir əsgərdi, sıravidir

Düşmən susduruldu.Atəşkəs dovrü başlandı və təbii ki, bu böyük Ali Komandanın yürütdüyü siyasət və apardığı danışıqlar sayəsində.Getdikcə ölkədə sabitlik bərqərar olmağa başladı.Tez bir zamanda vətənimizə mənfi təsir göstərən daxili və xarici qüvvələrin qarşısında bu böyük insan özünü böyük bir sədd kimi dayandırdı.Xalqın çoxdan bəri həsrət dolu ümidləri özünü doğrultmağa başladı.İnsanlarda sabaha inam hissi yarandı, ruh düşkünlüyü aradan qalxdı.Bu böyük insan gəlişindən bəri nəyə qadir olduğunu elə ilk günlərdəcə sübut etdi.Qüdrətli insan böyük siyasəti nəticəsində ilk öncə atəşkəsi bərqərar etdi.Çünki o başa düşürdü ki, bu ağır vəziyyətdən Azərbaycanı ancaq siyasi yolla xilas etmək olar.İlk öncə iqtisadiyyatın inkişafını gücləndirmək, qüdrətli ordu yaratmaq onun böyük arzusu idi.Xalqına arxalanan Ulu Heydər öz dönməzliyi və qətiyyəti sayəsində Azərbaycanı düşdüyü bəladan xilas etdi.Tarix boyu yana-yana, əriyə- əriyə, Koroğlunun nərəsi, Xətayinin qılıncı gücünə, sonunda isə Heydərin elmi, əzəməti sayəsində ayağa durdu.

Yenidən viranəlik içərisindən dirilib qalxan ölkəmiz öz həyat axarını davam elətdirdi.Yeni həyata başlayan Azərbaycan gündən-günə dirçəlməyə başladı.Çünki artıq onun dərdini-sərini ürəyində çəkən, ağrılı-acılı yükünü qüvvətli çiyinlərində daşıyan, öz əməli, işi ilə vətəninə, xalqına dayaq olan vüqarlı Heydər var idi.Bu qüvvə nəticəsində Azərbaycan sabahlara qapı açıb, dünyaya boylandı.

Planeti bir qüvvətək,

Yorulmadan hey dolaşır.

Vətənindən söz açarkən,

Danışarkən alovlaşır.

Xarici dövlətlərə başlanan yürüşlər, siyasi görüşlər artıq Azərbaycan siyasətinin böyük zirvədə olduğundan xəbər verirdi.Ölkəmiz geniş ərazisi olmamasına baxmayaraq, böyük Azərbaycan Ulu Heydər adı ilə dünya siyasətçilərinə meydan oxuyaraq tez bir zamanda ölkələr arasında böyük nüfuza malik oldu.Dövlətlər arasında müqavilələr imzalandı.Dünya ölkələri ilə yaranan dostluq Azərbaycan üçün böyük güc idi.Böyük siyasətçi başa düşürdü ki, bu uzaqgörənliyi ilə Ermənistana ilk zərbəsini vurmuş olacaq.Aciz qalan düşmən isə iyrənc prinsipindən dönmür və adət etdiyi fırıldağını da, davam etdirirdi.Xalqımızın düşmənləri Heydər Əliyevin təcrübəli siyasətçi olduğunu və Azərbaycanı güclü bir dövlətə çevirəcəyini bilirdi.Buna görə də, hər zaman ona qarşı təxribatlar törətmək istəyirdilər.Lakin Ulu Heydər bütün bu çətinliklərdən cəsarətlə çıxır, öz müdrikliyi sayəsində qalib olurdu.

Yorulmadan gecəsini-gündüzünə qatan vətən oğlu günbəgün, saatbasaat, anba-an, dincəlmədən çalışırdı.Beləliklə də, o gərgin əməyi nəticəsində dövlət konstitusiyasını işləyib hazırladı.Konstitusiya dünyanın ən ədalətli qanunlarından biri oldu.

Elinə, xalqına, vətəninə, dilinə | qəlbən bağlı olan Qüdrətli Heydər insanların yüz illərlə görə bilmədiyi işləri qısa bir müddətdə görüb qurtardı.Bütün dünya dillərindən şirin, zəngin olan ana dilini dövlət dilinə çevirdi.Bu müqəddəs işi ilə ulu nənələrimizin, babalarımızın ruhunu şad edib, bayatılarımıza, laylalarımıza, dastan­larımıza hörmətlə yanaşdı.Bu müqəddəsliklərdən zənginləşən Heydər ruhu, Heydər mədəniyyəti, Heydər məktəbinin əsasını qoydu.Hər şeyin bünövrəsini, əsasını elmdə gördü.Buna görə də, birinci növbədə elm sahələrinin işinə güclü yanaşdı.Təhsil müəssisələrini, elm mərkəzlərini addım-addım dolaşdı. Elm və mədəniyyətimizin quruculuğuna ciddi fikir verdi. Hər şeyi yenidən qurdu.Elm və mədəniyyət xadimlərinin qayğısını çəkdi.Bunun sayəsində də, ölkəmiz elm və mədəniyyət sahələrində yeni nailiyyətlər əldə etdi.

Qayğıdan söz açarkən Ulu Öndərin gələcəyimiz olan uşaqlara və gənc nəslə qayğısını xüsusi qeyd etmək lazımdır. O, hər şeyi bünövrəsindən möhkəm qurmaq amalı ilə yaşayırdı. Buna görə də, hər bir yerdə sağlam nəslin yetişməsi üçün şərait yaradır və bütün sahələrə Özü xüsusən diqqət yetirirdi.Doğum evlərindən tutmuş uşaq bağçaları, məktəblər, universitetlər və digər yerlərdə bu cür xeyirxah qayğıların izinə hər bir kəs rast gələ bilər. Hər bir sahədə uşaq və gənclərlə tez-tez görüşlər keçirdir, onların problemləri ilə özü şəxsən tanış olurdu. Uşaqla uşaq dilində dil tapan böyük insan uşaqların yaddaşına Heydər Baba kimi həkk olunurdu.Uşaqlarla belə səmimi, mehriban münasibəti bu insanın bir daha müqəddəsliyinin təcəssümünü sübut edirdi. Kimsəsizlərə daha böyük qayğı ilə yanaşan Böyük İnsan müqəddəs peyğəmbərliyə doğru addım atmış olurdu:

Qəlbi sınmış körpələri

Görən kimi gözü dolur.

Bu məsumlar arasında

O da dönüb uşaq olur.

Bəli, bu cür ədalət, qayğıkeşlik məktəbinin banisi yaddaşlara "Baba Heydər" kimi yazılaraq nəsillərdən nəsillərə örnək oldu.Verdiyi tövhələr, yaratdığı şəraitlər, vətənimizin ağırlığının ən çoxunu çiyinlərdə daşıyan gənc nəsil üçün ruh və mənəvi qida mənbəyinə çevrildi.Gənclər üçün idman və elm sahələrində böyük islahatlar aparıldı.Yeni, müasir formada görülən işlər nəticəsində neçə-neçə gəncin böyük nailiyyətlər qazanmasına səbəb oldu.Dünya şöhrətli idmançılar yetişdi, əksər Azərbaycan gəncləri informatika elminə yiyələnərək internet vasitəsi ilə dünya əlaqəsinə daxil oldu. Bütün bu törətdiyi xeyirxah əməllər Ulu Heydərin müqəddəsliyi üstündən müqəddəslik gətirdi və onun Allahına, dininə, Quranına, peyğəmbərinə qəlbən bağlılığının sübutundan xəbər verdi. Öz iş prinsipini pak amallar üzərində quran Ulu Heydər, sanki, hər gün müqəddəs Quranın ayələri ilə təmasda olduğundan irəli gəlmiş kimi idi.

Gördüyü savab işlərlə bərabər müqəddəs yerlərə ziyarəti onda ilahi bir qüvvə yaratdı.Qaya cüssəsi, məğrur duruşu, mülayim simasından görünən sərt baxışları, insanları ovsunlayan təbəssümü, özünəməxsus davranışı, nur süzülən çöhrəsi onun bənzərsizliyinin sirlərini açdı. Tanrının bizə bəxş etdiyi  qeyri-adi bir insanı gözləri-mizdə "Nur heykəli" kimi əbədiləşdirdi. Cismən aramızdan getsə də, mənən canımıza, qanımıza hopdu.Qəlbimizdə yuva qurub, məskən salıb əbədi sakininə döndü.Ölmündən əvvəl də, sonra da gördüyü xeyirxah işlər və qayğısı nəticəsində bütün əli qələm, dili söz tutan hər bir kəsin cümləsinin mübtədası, xəbəri oldu.Saysız-hesabsız yaranan əsərlərin baş qəhrəmanma çevrildi.

Adı əbədidir əməli böyük,

Yaşadı, yaşayır o böyük insan

Vətən yarasından ürəyi bölük,

Yaşadı, yaşayır o böyük insan.

 

Hər bir kəsin ürəyindən süzülüb gələn dərin hisslərinin mayası oldu, ölməz Heydər!

Buna da şükür! Nə yaxşı ki, özündən sonra yaratdığı siyasətin, qurduğu dövlətin sükanını idarə edə biləcək oğul qoyub getdi.Bu ağır yükü xalqla birlikdə yekdil olub İlham Əliyev kimi bir vətən oğluna həvalə etdi.

Ulu Heydər! İlin ən xoş çağında Tanrının, təbiətin bizə bəxş etdiyi ən müqəddəs, ən pak neməti.Bu çağ kimi təmiz, təravətli, cavan idi Heydər ruhu.Hər bir qurub yaratdığı nə vardısa yaz fəslindəki çiçəklər kimi yeni, pak özəyə malik idi. Apardığı işlərdən bahar ətri duyulur, ağlı, zəkası dərin dəryaları xatırladır, siyasəti min illərlə torpağa kök salmış çinarlara bənzəyirdi bu insanın! Təbiət vurğunu idi Ulu Heydər.Bəlkə də, buna görə idi ki, özünü təbiətlə müqayisə edirdi.Hər ağacın budağını özünün qolu, qanadı hesab edirdi.Təbiətin gözəlliyinə qıyan mənə qıyır deyirdi.

Rahat ol, Ulu Babam! Sənin sayəndə gündən-günə çiçəklənən Azərbaycan, onun təbiəti sənin ruhunla nəfəs alacaq, hər fəslini Heydərəməxsus tərzdə dəyişəcək.Bu hər bir Azərbaycanqeyrətiçəkən vətən övladının ümdəvəzifəsiolmalıdır ki, hər addımda, hər qarışda vətən torpağını qorumaqla yanaşı, onun təbiətini də qorusun.Heydər amalına hörmətlə yanaşıb, Heydər çağırışına səs versin.Hər yerdə bağlar-bağçalar salınsın, meşələri, çəmənləri, düzləri qorunsun.Dünyada bütün ölkələrdən fərqlənən Azərbaycanın təbiətinə və təbii sərvətlərinə qayğı gücləndirilsin. Sənin bu arzuna qoşulmçaq hər bir vətəndaşın borcudur!

Sən təbiətin yaratdığı bir müqəddəs möcüzəsən! Sən hər zaman hər bir vətən, xalq  qeyrəti çəkən insanın qəlbində günü-gündən hər an bahar  tumurcuğu kimi yaşayacaqsan, açacaqsan. Bu gün 85 deyil, sən min illərdən süzüb gələn daşlaşmış qədim tarixsən, Sən tək tarix deyil bu günümüzün amalı, öz qüdrətli, əvəzolunmaz, müdrik siyasətinin qırılmaz  xəttini gələcəyə daşıyan  sönməz nur, əbədi Günəşsən! Bütün müsbət insani keyfiyyətləri özündə birləşdirən, Dahi rəhbər! Söykəndiyimiz möhkəm qaya, ümid yerimiz, başımıza gələn faciələrdən sonra bizə yeganə təskinlik mənbəyi olan Ulu Babam! Mən bütün həyatımı, canımı vətənlə bərabər sənə borcluyam.Sənin ruhun qarşısında baş əyirəm.Necə ki, sən şəxsən evimizə gəlib şəhid atamın ruhu qarşısında baş əymisən, məni bağrına basıb, hələ bir yaşma çatmamış on aylıq körpənin xeyir-duasını vermisən.Sən tək mənə yox, mənim kimi minlərlə belə bütün şəhid balalarının qayğısım ayrı-ayrılıqda çəkmisən. Vətənin, şəhidlərin, əlillərin, qaçqınların və bütün niskilli insanların dərdini içinə salıb, özün də şəhidlik zirvəsinə ucalmısan, Şəhid Babam!

Sən ölməmisən! Sən Tanrının dərgahına qalxaraq bizim üz tutduğumuz bir səmtə ucalmısan! Sən qalibsən! Sən bu qalibiyyəti vətən  ağrısından çat-çat olmuş ürəyinin bahasına qazanmısan. O ürək ki, min- min loğmanın göstərdiyi səyə, verdiyi ilaca tabe olmadı. Səni əbədiyyən hər zaman öpüb göz üstə qoyduğun, qəlbinə sıxdığın vətən torpağına tapşırdı.Sənin ürəyin necə ki, hər zaman Azərbaycan eşqi ilə döyünmüş, Azərbaycanın ürəyi də hər an səninlə döyünəcək!”

İndi Vətənimiz azaddır. Ulu Öndərin vəsiyyətləri yerinə yetirilib, arzuları çin olub. Biz müzəffər Ordumuzun Vətən uğrunda döyüşlərdə göstərdiyi rəşadət, Azərbaycan Ordusunun Ali Baş Komandanının siyasi və hərbi qətiyyəti, xalqımızla Ordumuzun sarsılmaz birliyivə qələbə əzmi ilə fəxr edir, azad Qarabağımızlaqürurlanarıq.

Qoyun bunu da deyim. Yazının müəllifi Zübeydə indi hüquqşünasdır. İşi-gücü, ailəsi, uşaqları var... Qarabağın gəlinidir. Görünür, bu da Allahn bir möcüzəsi, bir lütfüdür ki, ilk övladı Zəfər Günümüzdə dünyaya gəlib. Onun uşaq təxəyyülü ilə canlandırmağa çalışdığı Heydər Əliyev obrazı isə məsum körpəliyi müharibənin güllələri ilə yaralanmış bir nəslin yaddaşında gəzdirdiyi, səmimiyyətdən yoğrulmuş bir tarixdir. Bu tarixin kitablardakı tarixlə kəsişən məqamları olduğu kimi, yalnız Zübeydəyə aid tərəfləri də var...

Arzu Nehrəmli,

tarix üzrə fəlsəfə doktoru