Ağaevli Əli Hacı : - Məni aldat yalanlarla ...

Ədəbiyyat 15:39 / 06.06.2023 Baxış sayı: 981

 

Üstümə salma gölgəni,

qanı qaralmış-Adamam !

Qaranlığa sevgi verib,

sabahımı yaşadıram !

 

Məni aldat yalanlarla ,

bu da bir yükdü,çəkəcəm !

Öldürb sənə özümü,

təzə bir ağac əkəcəm !

 

Ayağım yerimir Dədə.

qələm-sözümə əyilmir !

Dilim ölüm arzulayır,

ölüm,gözümə dəymir !

 

Gözəl zamandan keçirik,

barımızı payız yeyir !

İlahi ! Üstümə baxma,

Içimdən qəmin yeriyir !