Sülhməramlılar Xudavəng monastrının ərazisini tərk etdi
![](/uploads/img/posts/2024/04/17/1713293895l-34x0wh-1852x1079z-0,4245jpeg-1713331796.jpeg)
Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Yenises.az apa-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.