Səhər Ətri : - MƏNİM

Gündəm, Ədəbiyyat 08:44 / 06.12.2022 Baxış sayı: 2795

***

Dünyamı dağılar, dünyamı çökər,

Geysən ayağına izimi mənim?

Qiyamətmi qopar, aləmmi yanar,

Güldürsən bir sətir üzümü mənim?

 

Qürur vaxtı deyil, ay bəxtidüyün,

Mənsiz çətin doğsun həyatına gün.

Yazıqsan, təklikdən bəsdi üşüdün,

Al, yığ ocağına közümü mənim.

 

Gəl, mən də bir yuva, ev qurum eşqlə,

Eşqlə gecə yatım, sübh durum eşqlə.

Mən sənin gözünü doydurum eşqlə,

Allah da doydursun gözümü mənim.

2.12.2022