Şakir Xanhüseyn : - EY GÜN...
Ey gün, bəxtinə düş işıqların da,
hara getmək olar qaranlıqlarla...
Gözlə qaş arası yol çox uzaqmı,
ürəyim həmişə batan haqlarla...
Ey həsrət qarları, bu nə yağmaqdı,
köksü oxa hədəf etməzlər belə...
Hamıdan öndəmi ən arxadakı,
qapını hər üzə örtməzlər belə...
Səma genişdimi, qəfəsdəki quş,
uçduqca uçmaqdı səninki, uç, uç;
Qandallar vurmaqmı qanadlarına,
kimlərsə axtarır uçuşunda suç...
Ey söz, mənmi səni, ya sənmi məni...
necə bahalıqdı, necə ucuzluq...
Aşıb-daşmağına baxma gücünün,
vallah, acizlikdi, vallah, acizlik...