Netanyahu Ceyhun Bayramovu qəbul etdi

DÜNYA 18:54 / 29.03.2023 Baxış sayı: 2262

İsrailin Baş naziri Benyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Yenises.az xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter"də paylaşım edib.

Netanyahu İsraildə Azərbaycan səfirliyinin açılması münasibətilə nazir Ceyhun Bayramovu təbrik edib.

Görüş zamanı regional məsələlər müzakirə edilib, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə dair razılıq əldə olunub.