NƏ YAZIM ŞƏNİNƏ, MƏN BU DÜNYANIN - Idris Babayev

Ədəbiyyat 15:00 / 11.07.2025 Baxış sayı: 1312

 

Dünya yaltaqların, sözgəzdirənin,

Kasıba, yetimə əzab verənin.

Mərdlərin quyusun qazıbdı dərin,

Qaldırıb gədanın şöhrətin, şanın,

Nə yazım şəninə, mən bu dünyanın...

...

Dərddən toxuyubdu kasıba çuxa,

Üç evnə yeməyi, şor ilə yuxa.

Yaşayır ömrünü diş sıxa sıxa,

Dadına yetişmir, nə almır canın,

Nə yazım şəninə mən bu dünyanın.

...

Zalımın zülmünə bəs... demədi heç,

Hərzə danışana, kəs!- demədi heç,

İdrisi xeyirə səsdəmədi heç,

Qurbanı eylədi şərin, böhtanın,

Nə yazım şəninə mən bu dünyanın.