Kəramət : -SƏSİNİN QADASIN ALIM...
 

Ədəbiyyat 12:05 / 12.07.2025 Baxış sayı: 1371


SƏSİNİN QADASIN ALIM...
..çoxdandı kövrəlmirdim və özümə söz vermişdim ki, ta daşürək olacağam...guya...olmadım..olamadım...olsaydım AYB də katibdən-zaddan, deputatdan-meputatdan, rəisdən-məisdən olardım da..ən azından...
....biriylə danışıram....səs uçur , uçan səsdən notlar tökülür..daha danışa bilmirəm...heç nəyə təəssüf etmirəm...
Mənə bir də belə desən səninlə danışmayacam..
-Səsinin qadasın alım
Mən sənin sevginə layiq deyiləm və heç zaman da "nümunə" deyiləm  və..və...adam, ümumiyyətlə nümunə(vi) olmaz ki, sadəcə yaşayar da..heç "pis nümunə" də olmaz...indi məşhurlaşmaqçın "pis nümunə" moddadı.
Bir də mən belə demə, yaxşımı?
        İndi də mənimsən,
        1000 il sonra da
        Mən sənə çatınca
        KÜL olacağam,
        sən mənə yetincə
        GÜL olacaqsan.
         100 il bundan qabaq mənim olmusan
          Qoşmalar, qəzəllər yazmışam sənə...
            AYRILIQLAR ACIĞINA
         mənim olmusan ey....məninm olmusan
          Batır başdaşım torpağa
          adını çağıra-çağıra
        O mənəm doğulan "Doğum evi"ndə
        adını ...çığıra-çığıra