Kəramət : - MƏRSİYƏ JANRINDA YAŞAMAQ

YAZARLAR 09:33 / 12.07.2024 Baxış sayı: 2521

 

BİZ NƏYƏ VƏ NİYƏ AĞLAYIRIQ

-bilən varsa, biri desin, biz də bilək ; Nazir ağlayır, deputat ağlamsınır (Fəzail müəllimin arkadaşı TBMM-nin AKP-li üzvü köməkçisindən borc alıb dolandığını söylədi, yaxşı ki, katibəsini demədi), gəlin ağlayır ( adam demək istəyir ki, ərə getmək istəmirsənsən qayıt get dədənin xarabasına, toyu yasa çevirmə), kənddən Bakıya köçürük-kənddən ötrü göz yaşı tökürük tonlarca, şeirimizin-nəsrimizin yarıdan çoxu belə, ( a qardaş, a bacı get yaşa da kənddə, nööş özünə əl qatmısan), Xan Araz , Qarabağ , deyən, statusunu dəyişdi-şükür, balkonda oturub küçədən keçən sevgilisi haqqında həsrət dolu şeir yazır şair, yağışla dolub-daşır yazdıqlarımız, mərsiyə janrında yaşayırıq, hamı biri-birinə baxıb ağlayır, amma "NİYƏ VƏ NƏYƏ"ni mənqarışıq kimsə bilmir, nə molla bilir ki, oxuduğu nədir, nə də biz bilirik, amma dəsmalımız əlimizdən əskik deyil. Bu məmləkətdə niyə ağladığını təkcə uşaqlar bilir.

Samovarı alışdırın

İstəkanı qarışdırın, (yəni şirinçay eləyin)

Yarım məndən küsüb gedib

Onu mənlə barışdırın.

Hər işi biz görəcəyiksə, a kopayoğlu, sən nəyə yararsan.