Kəramət: - GÖZÜMDƏN QANLI AXƏR SU

 

YAZARLAR 07:42 / 17.04.2024 Baxış sayı: 4420

 

(gülə-gülə ağla, ağlaya-ağlaya gül)

Hamının səni tərk etməsində heç nə itirməzsən, özün özünü tərk etmə, tək qalmaqdan kim qorxar, çoxluğu kimsevər..qorxaqlar.. Bir fareylə də yaşamaq arzusu..." Farələr və İnsanlar"ı (C. Steynberq) xatırladınmı....mən səni tərk edirdim, sənə ağlayırdım, sən məndə diri-diri basdırılırdın, torpağın titrəyişiydi höhkürtüm. yenə yanlışdın, GÜCün içə vurmasıydı bu....Özü özünü yıxan adamam, sən-lərin mənə gücü çatmaz, bu isə, eqoizm deyil, fizik-bədən deyiləm, burda ilişib qalırdın-CİSMdən o yana keçə bilmirsən, məsələ bundadı.

MƏNİ TƏRK EDƏNLƏRƏ YOX

TƏRK ETDİKLƏRİMƏ HIÇQIRDIM

...için-için. Yalandan gülməkdənsə, doğrudan ağlamaq gərək.

KİM SƏNƏ DEYİB Kİ, ÖMRÜN-MƏTNİN ƏVVƏLİNDƏ BÖYÜK HƏRFLƏ YAZILMALIDI BAŞLIQLAR. GÖRDÜNMÜ MƏTNİN ORTASINDA YAZDIM ÖMRÜN BAŞ CÜMLƏSİNİ.

Özüm illərcə şərait yaradıram ki, ALDAT-OĞURLA-XƏYANƏT ET-SAT-UNUT-AT, VUR..SEVƏR YERİMİ DƏ NİŞAN VERİRƏM...

Özün-özündən qisas almağındı-hayfını çıxmağındı bu.."Quzuların səssizliyi" filminin məğzini xatırla..xatırla ki, xatirələrini tərk edəndə göz yaşlarından utanmayasan, gülüşdə çox göz yaşları səmimidi:

-GÜLÜŞLƏRİN RƏNGİ AYRI, GÖZ YAŞININ RƏNGİ BİRDİ.

..................................dünəndən göz yaşı saxlamışdım, yığmışdım ovcuma, öz öz arxamca "acı su"-dumduru, bu kirli dünyada son təmiz su... atdım.

GÖZLƏRİMDƏ İSƏ SU QALMAMIŞDI...

QAMU-BİMARİNƏ QARŞU,

GÖZÜMDƏN QANLI AXAR SU,-yəni...Füzuli kişi demiş.

Bir okean, toran, çimərlik və üfüq şəkili ola bilər