Həzi Həsənli : - Qəlbimi qırma...
Gözəl gündə özlədim,
Yolunu çox gözlədim,
Gəlmədin, nə gizlədim,
Sənsiz saraldım, soldum.
Ay könlümün baharı,
Əlçatmayan nübarı,
Qəlbimi qırma, barı...
Onu sən dərdə saldın.
Doymadım qismətdən, oy,
Yarıdım həsrətdən, oy,
Ölüm sevinməsin qoy,
Tanrıma təslim oldum.
19.06.2024