Həzi Həsənli : - Bu dünyaya niyə gəldim?!

Gəldim günlərin bir günü,
Çəkdim dünyanın yükünü,
Anlamadım heç ərkini -
Bu dünyaya niyə gəldim?!
Dünya hamıya darıydı,
Gələnlər bəxtiyarıydı?
Dünyada bir sirr varıydı,
Nə sirdi, bilməyə gəldim...
Allahım belə saxladı,
Könlümü elə bağladı,
Bu eldə güldüm, ağladım,
Ağlayıb, gülməyə gəldim.
Qara gözlərin badamı,
Yüz dəfə allam qadanı,
Öldürürsən eh, adamı,
Dünyaya ölməyə gəldim?!
, 31.10.2023