"Fransanın belə davranış sərgilənməsi ilk hal deyil" - XİN

SİYASƏT 11:41 / 02.06.2023 Baxış sayı: 1453

 

"Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya Kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib".

Yenises.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidenti tərəfindən Azərbaycan və Ermənistan liderləri arasında Kişinyov görüşünün nəticələrinə dair yayılmış bəyanat barədə yerli mətbuatın sualına cavabında bildirib.

“Daha sonra, Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, - XİN rəsmisi qeyd edib.