Elnur Uğur Abdiyevdən İKİ ŞEİR

Ədəbiyyat 13:18 / 20.06.2024 Baxış sayı: 1767

Suların naləsini,

Dağda qardan soruşun.

Sükutun nəğməsini,

Ahu- zardan soruşun.

 

Ömür dediyin şəkil,

Hərə bildiyin çəkir.

Asanda gör nə çəkir?

İpi dardan soruşun.

 

Bu ağac andı yalan,

Bu ağac- barsız qalan.

Burnunda gülü solan,

Narı bardan soruşun.

 

Canımın bəlasını

Bəlamın dəvasını

Elnurun vəfasını

Barı yardan soruşun.

 

Bala

Üzlər üzdən sənə belə gəlməsin,

Üzlər öz içində bir olmur, bala!

Hər buğa bürclülər buğa doğulmur,

Hər şir bürclülər də şir olmur, bala!

 

Qoç bürcü görmüşəm buynuzlu qoyun,

İki nəsil keçib soyunub soyun.

Dünya oynatdığı başqa bir oyun,

Hər gördüyün ocaq pir olmur,bala!

 

Dünyada ən azad sulardı axı,

Bəs niyə Araz Kür qolundan baxır?

Hansı çay birbaşa dənizə axır?

Hər çayın taleyi hürr olmur,bala!