Elnur Uğur Abdiyev : - VƏTƏN

Ədəbiyyat 19:27 / 21.04.2024 Baxış sayı: 3674

 

Qoynu sığındığım, evim,

Daşı ocağım, pirim.

Hər qarışı müqəddəsim,

Hər qarışı and yerim-

VƏTƏN!

 

Qəlbdə ibadətə qibləm,

Eşqə yanan çırağım.

Dinim, əqidəm, ey Kəbəm!

Ey müqəddəs torpağım-

Vətən!

 

Pak sevgindən mayalanır,

Elnur Uğurun şeri.

Misra- misra səndə qalır,

Alnımın səcdə yeri,

VƏTƏN!