Əlizadə Nuri : - Fırlanır

Ədəbiyyat 08:54 / 14.07.2025 Baxış sayı: 850

 

Neçə acın yuxusunda,

Dəyirman daşı fırlanır.

Bəlkə elə şərab içib-

Dünyanın başı fırlanır?!

 

Azdım bir quşun səsində...

Sirr var şamın şöləsində.

Dərdimin yan-yörəsində

Gözümün yaşı fırlanır.

 

Sevsən, yarpaq da çiçəkdi,

Qoxusunu yellər çəkdi...

...Bu dünya bir yelləncəkdi-

Nə qədər naşı fırlanır...