Əbülfət Mədətoğlu : - Həsrətimin cizgiləri...

Ədəbiyyat 10:47 / 02.10.2023 Baxış sayı: 2006

 

Bir heykəl görkəmi var -

Bir az gendən süzəndə!

Bu həsrət eləyir dar -

Dünyamı, əl üzən də!..

 

Hər gün gedib, gəldiyim

Ölçülərin bildiyim...

Baxışımla sildiyim -

Yerə, çiçək düzəndə!..

 

Səsim daşda mamırdı

Acımamış xamırdı ...

Ondan işıq damırdı -

Hələ qalır üzündə!

 

Həsrət həm də zahadı,

Sənli anım bahadı!

Ömrüm boş bir kahadı -

Qəm dodağın büzəndə!