Əbülfət Mədətoğlu : - Görünmür...

Ədəbiyyat 08:33 / 31.07.2024 Baxış sayı: 2587

 

Duası var hər məqamın, hər anın

O duanı düşünənin, ananın...

Allah verən Sevgisini dananın -

Yeri göydə, nə də yerdə görünmür!..

 

İstəyi var həm ürəyin, həm ruhun

Seçimini xatırladım mən Nuhun!..

Gözlərinə tərs baxanda bil, yuxun-

Yerin göydə, nə də yerdə görünmür!..

 

Baxışı var hər bəndənin, hər kəsin

Yatımı var hər avazın, hər səsin...

Hürküdəndən Əbülfətin nəfəsin -

Yeri göydə, nə də yerdə görünmür!..