Əbülfət Mədətoğlu : - Əl çək...

Ədəbiyyat 08:34 / 04.03.2024 Baxış sayı: 1751

 

("Yaşanan bir anın pıçıltısı - Əl çək və bil ki, bəzən köməyə Allah da, söz də çatmır"-bir məktubdan...)

 

Əl çək"-deyir sevməkdən,

Yəni, həyatdan əl çək!..

Bezdirmədi geyməkdən -

Səni bu həyat əlcək?!-

Əl çək...

Görünmə, nə var olma...

Yoxdu sənə gələcək!..

Hər an sınıb , xar olma,

Nə də ömrü şəllə, çək!-

Əl çək...

 

Özünə bax, ona bax

Kimliyini ələ, çək...

Sən bir təpə, o da DAĞ -

Gör heç uyğun gələcək?!-

Əl çək...

 

Bax , əzilən daş qumdu,

İstəyirsən , hələ çək!

Bir də gördün yaş umdu -

Gözlərini, bələ, çək!-

Əl çək...