Əbülfət Mədətoğlu : - Diz çökdüyüm İŞIQ

Gündəm 10:00 / 25.05.2024 Baxış sayı: 2090

 

Çəkildiyim qaranlıq

Sükutuma bələkdi.

Gecə , sanki üzümə -

Mən tutduğum ələkdi!

 

Ulduzlardan yayınıb,

Daldalandım Aydan da!..

Həsrətə borcum qaldı -

Başa çatan aydan da!..

 

Günahımı qaşığa

Qoyub baxdım , sıxıldım...

Sevgimdəki işığa -

Dizi üstə yıxıldım!..