Əbülfət Mədətoğlu : - Adına gecələri...

Qəlbimdəki sevgini
Çox istədim qəlbimdən!..
Bu sevgi çıxarıbdı -
Qəlbimi qəlibindən!..
Yerlə göy arasında
Ya aşağı, yuxarı...
Gözümün qarasında -
Donur qəlbin buxarı...
İnancım, inamım da
Bu sevgidə tamlanır...
Tərk edilmiş limanda -
Hər gecə bir şam yanır...
... Adına gecələri
Bir kölgə düşür üstə...
Şamı alovlandırır -
Hıçqırtılı o səs də!..